Bakı, 24 iyul, AZƏRTAC
Şanlı Zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışın genişmiqyaslı şəkildə aparıldığı rayonlardan biri məhz Laçındır. Qırx dörd günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbədən sonra görülən sürətli bərpa-quruculuq işləri Laçının gözəlliyinə gözəllik qatıb. Azad Laçın doğma sakinləri ilə birlikdə xoş günlərini yaşayır. Laçında yaradılan yeni iş imkanları – kənd təsərrüfatı, xidmət sahələri, turizm və tikinti sektoru əhalinin sosial rifahını gücləndirir.
AZƏRTAC Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində hazırlanan Laçın şəhərinin görüntülərini təqdim edir.