EN

Lukaşenko və oğlunun Estoniyaya girişi qadağan edilib

Estoniya hökuməti 273 Belarus vətəndaşının ölkəyə girişinə qeyri-müəyyən qadağa qoyan sənəd dərc edib.

XəzərNews.az Rusiya mediasına istinadla xəbər verir ki, sanksiya siyahısına Belarus prezidenti Aleksandr Lukaşenko və onun böyük oğlu Viktor Lukaşenko daxildir.

Sənədə əsasən, siyahıda yüksək vəzifəli məmurlar, hakimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları da var.

Estoniya hesab edir ki, Belarus hakimiyyəti repressiyaları davam etdirir və beynəlxalq tələblərə məhəl qoymur.

Tallinn Minskə qarşı sanksiyaları 5 il əvvəl, 2020-ci ildə tətbiq edib.

Xəbər 4 dəfə oxunub.
Chosen
98
xezernews.az

1Sources