EN

Kamboca Tailand sərhədində qarşıdurma Ölənlər var

Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İyulun 24-də səhər saatlarında Kamboca-Tailand sərhədində silahlı toqquşmalar baş verib.

Yeniavaz.com “Reuters” agentliyinə istinadla xəbər verir ki, hərbi əməliyyatlar zamanı Tailand tərəfindən ən azı 11 mülki şəxs və bir hərbçi həlak olub.

Kambocanın “Khmer Times” qəzeti xəbər verir ki, qarşıdurma saat 07:30-da (Bakı vaxtı ilə saat 04:30) Oddar Mençei əyalətindəki mübahisəli sərhəd bölgəsi yaxınlığında başlayıb.

Qəzetin yazdığına görə, Tailand Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri sərhəddəki gərginliyin artması ilə Kambocanın hərbi mövqelərini bombalayıb.

Onun məlumatına görə, saat 11:30-da (Bakı vaxtı ilə saat 08:30) Tailand Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları Preaxvixear əyalətindəki mübahisəli sərhəd zonası boyunca Kamboca hərbi mövqelərinə zərbələr endirib.

Tailand Kral Hərbi Hava Qüvvələri Kamboca silahlı qüvvələrinin mövqelərinə zərbələr endirmək üçün altı F-16 qırıcı təyyarəsi yerləşdirilib. Tıəyyarələr saat 10:58 (Bakı vaxtı ilə saat 07:58) radələrində Kamboca Silahlı Qüvvələrinin 8-ci və 9-cu Dəstək Briqadalarının hərbi qərargahını zərərsizləşdiriblər.

Tailand ordusu Kamboca silahlı qüvvələrinin sərhəd bölgəsində pilotsuz uçuş aparatından istifadə etdiyini bildirib.

Qeyd edək ki, Kamboca ilə Tailand arasında münasibətlər mayın 28-də Tailand əsgərlərinin Kambocanın Preaxvixear əyaləti ilə Taylandın Ubonraçatxani əyaləti arasında mübahisəli ərazidə yerləşən Fonq rayonundakı Teço Morokot kəndindəki Kamboca hərbi postuna atəş açması ilə nəticələnən atışma hadisəsindən sonra pisləşməyə başlayıb. Nəticədə, bir Kamboca əsgəri həlak olub, bir neçəsi yaralanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
85
9
yeniavaz.com

10Sources