EN

Bu məhsulun topdansatış qiyməti 20 qəpiyə düşdü KONKRET

Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Masallıda pomidorun todansatış qiyməti kəskin ucuzlaşıb.

KONKRET.az xəbər verir ki, bu barədə qaynarinfo-ya açıqlamasında Masallı rayon sakini, fermer Anar Abbasov məlumat verib.

Fermer hazırda məhsulun bir kiloqramının 20 qəpiyə təklif edildiyini vurğulayıb.

“Amma buna baxmayaraq, məhsul sahədə qalıb, alan yoxdur. Məhv olub gedir. 9 hektar pomidor, 7 hektar turşuluq xiyar, 4 hektar badımcan, 3 hektar bibər, 4,5 hektar yemiş, 26 hektar qarpız sahəsi var. Hamısı da əkilib, məhsul boldur. Bunun üçün 40 min manat maliyyə qoymuşam, bu günə kimi cəmi 3500 manat pul götürmüşəm. Məhsul qalıb sahədə, alıcısı yox. Heyif bizim əziyyətimizdən”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
78
9
konkret.az

10Sources