EN

Peskov: Mülki girovların qaytarılması vacibdir

Ajans.az Tass-a istinadən xəbər verir ki, Moskva və Kiyev arasında keçirilən üçüncü danışıqlar raundu zamanı mülki şəxslərin və həlak olmuş hərbçilərin cəsədlərinin mübadiləsi ilə bağlı əldə olunan razılaşmalar müsbət nəticədir. Bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib. “Mülki şəxslərin — əslində girov saxlanılan insanların — geri qaytarılması və həlak olmuş hərbçilərin cəsədlərinin repatriasiyası (vətənə qaytarılması) prosesinin davam etməsi olduqca vacib humanitar məsələdir və bizim fikrimizcə, bu məsələ prioritet olaraq qalmalıdır. Bu baxımdan əldə olunan razılaşmaları müsbət irəliləyiş hesab edirik,” – deyə Peskov bildirib. Onun sözlərinə görə, Rusiyanın “onlayn əlaqə saxlaya biləcək üç işçi qrupunun yaradılması” təklifi də müsbət dinamika yaradır. “Onlayn əlaqə tərəflər istədiyi qədər intensiv və daimi ola bilər,” – deyə Kremlin sözçüsü izah edib.

“Bu təkliflərin nə qədər qarşılıqlı anlaşma yaradacağını görəcəyik,” – deyə Peskov əlavə edib.

Chosen
114
Ajans.az

1Sources