EN

Paytaxtda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Bakı.Trend:

İyulun 26-27-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki“Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtdanövbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası baş tutacaq.

Trend KəndTəsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, yarmarkanınməqsədi yerli fermerlərə dəstək göstərmək, onların məhsullarınınsatış imkanlarını artırmaq və şəhər sakinlərini sağlam, təbii kəndməhsulları ilə təmin etməkdir.

Tədbirdə 20-yə yaxın regiondan 50-yədək fermer iştirak edəcək.Onlar 150-yə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunubirbaşa satışa çıxaracaqlar.

Satışa təqdim olunan məhsulların keyfiyyətinə Azərbaycan QidaTəhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti iləbağlı hər hansı sualı yaranan vətəndaşlar ərazidə fəaliyyətgöstərəcək Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsullarıanaliz etdirə bilərlər.

Yarmarka 2 gün müddətində, saat 09:00–19:00-dək Nərimanovrayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metrostansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.

Qeyd edək ki, yarmarkaya qoşulan fermerlər piştaxta, tərəzi vədigər zəruri avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.

Chosen
261
36
az.trend.az

10Sources