Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Moskva Bakı ilə münasibətlərin tezliklə normallaşacağını gözləyir”. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.Zaxarova Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevin bir müddət öncə XİN-ə çağırılaraq ona Bakıda saxlanılan Rusiya vətəndaşlarının dərhal azad edilməsi tələbi ilə bağlı nota təqdim edildiyini xatırladıb.Onun sözlərinə görə, hazırda Azərbaycanla ikitərəfli münasibətlər çətin mərhələdədir.Xatırladaq ki, Yekaterinburqda iki azərbaycanlının vəhşicəsinə öldürülməsindən sonra Azərbaycanla Rusiya arasında münasibətlər gərginləşib(qafqazinfo).
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.