EN

TƏBİB-dən Arif Babayevin səhhəti ilə bağlı - Açıqlama

TƏBİB-dən Arif Babayevin səhhəti ilə bağlı - AçıqlamaXəbər verdiyimiz kimi, Xalq artisti Arif Babayevin səhhəti pisləşib.

TƏBİB-dən Axşam.az-ın sorğusuna verilən cavaba görə, 87 yaşlı xanəndə dünən xəstəxanaya yerləşdirilib:

"İyulun 23-də saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin edilib. Hazırda müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir. Sağlamlıq durumuna uyğun olaraq paytaxtdakı tibb müəssisəsinə təxliyəsi planlaşdırılır".

Chosen
75
31
sonxeber.az

10Sources