EN

İran AEBA nümayəndə heyətini qəbul edəcək

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) texniki nümayəndə heyətini yaxın 2-3 həftədə qəbul edəcək.
Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər naziri müavini Kazim Qəribabadi bildirib.
O bildirib ki, səfərdə AEBA rəhbəri Rafael Qrossi iştirak etməyəcək.
"Səfər zamanı İran tərəfi MAQATE-yə yeni qanuna əsasən əməkdaşlığın necə qurulacağını izah edəcək",- Qəribabadi qeyd edib.
Xatırladaq ki, İran Prezidenti Məsud Pəzəşkian iyulun 2-də AEBA ilə əməkdaşlığı məhdudlaşdıran qanunun icrasını təsdiqləyib.
Chosen
73
2
sherg.az

3Sources