ain.az bildirir, Avtosfer portalına istinadən.
Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində baş vermiş yol qəzası anbaan avtomobilin kamerasına düşüb
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 21-də saat 15:46 radələrində qeydə alınıb. Videodan da göründüyü kimi, moped maşınla toqquşub. Belə ki, mopedi idarə edən gənc oğlan önündəki maşını ötməyə çalışıb. Lakin sürücünün bu cəhdi qəzayla nəticələnib. Belə ki, o, sola dönən avtomobilə çırpılaraq sükanı buraxıb və yerə yıxılıb. Xoşbəxtlikdən hadisə zamanı sürücü və sərnişin xəsarət almayıb.
Nərmin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.