ain.az, Xalqcebhesi saytına istinadən bildirir.
Hadisə 22 iyulda, Nonghan rayonu ərazisindəki kənd məktəbində baş verib.
Xalqcebhesi.az xəbər verir ki, The Thaiger-in məlumatına görə, hadisə haqqında danışan zərərçəkənlər, saat 11:30 radələrində sinfə arı sürüsünün daxil olub, uşaqlara hücum etdiyini bildiriblər. Uşaqlar panikaya düşüb sinifdən qaçıblar, amma arılar 9 oğlan və 2 qız şagirdi dişləyib.
Zərərçəkmiş uşaqlar xəstəxanaya aparılıb. Onlara ciddi zərər dəyməyib, lakin daha çox dişlənmiş iki şagird həkim nəzarətində qalmağa davam edib.
Məryəm Quliyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.