EN

Xabi Alonso Real rəhbərliyindən bunu xahiş etdi

Qol.az saytına istinadən ain.az xəbər verir.

“Real”ın baş məşqçisi Xabi Alonso klub rəhbərliyindən futbolçusu Daniel Sebalyosu satmamağı xahiş edib.

QOL.az xəbər verir ki, bu barədə "Cadena Ser" məlumat yayıb.

İspaniyalı mütəxəssis 28 yaşlı yarımmüdafiəçinin əvəzinə transfer bazarında uyğun alternativ görmədiyini bildirib. Sebalyosun ən azı daha bir mövsüm “kral klubu”nda çıxış edəcəyi bildirilir.

Qeyd edək ki, daha əvvəl futbolçunun sabiq komandası “Betis”ə qayıda biləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Sebalyos 2011–2017-ci illər aralığında sözügedən klubda çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
93
1
qol.az

2Sources