EN

Xankəndi stadionunun əsaslı təmirinə 10 milyon manata yaxın vəsait xərclənəcək

BAKI, 24 iyul. TELEQRAF

Gənclər və İdman Nazirliyi Xankəndi şəhər stadionunun əsaslı təmiri və yenidən qurulması üzrə yeni tender elan edib.

Teleqraf xəbər verir ki, tenderin qalibi “Planet Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Layihənin ümumi dəyəri 9 milyon 918 min 674 manat təşkil edir.

Qeyd edək ki, işlərə iyulun 18 -də start verilib və sentyabrın 10 -da yekunlaşdırılması planlaşdırılır.

Chosen
103
4
teleqraf.com

5Sources