EN

Rusiyada təyyarə qəzası ilə bağlı "Anqara" aviaşirkətində axtarışlar aparılır

Rusiya İstintaq Komitəsi Amur vilayətində qəzaya uğrayan "Anqara" aviaşirkətinə məxsus An-24 təyyarəsi ilə bağlı araşdırmalar çərçivəsində şirkətin ofislərində və hava limanında axtarışlara başlayıb, sənədlər müsadirə olunub.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, komitənin nümayəndəsi Svetlana Petrenko bildirib ki, qəzanın səbəblərini müəyyən etmək üçün istintaq davam edir.

Təyyarədə 46-49 nəfərin olduğu, onların hamısının həyatını itirdiyi təsdiqlənib.

Hadisə ilə əlaqədar bölgədə fövqəladə vəziyyət elan olunub və üç günlük matəm başlayıb. Cinayət işi açılıb.

Chosen
118
1
far.az

2Sources