EN

İnter in futbolçusu İspaniyada qalacaq

ain.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Vilyarreal" "İnter"dən icarəyə götürdüyü Teycon Byukeneni komandada saxlamağa yaxındır.

Sportal.az xəbər verir ki, "sarı sualtı qayıq" kanadalı yarımmüdafiəçinin transferi üçün İtaliya klubu ilə razılıq əldə edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Vilarreal" Byukenen üçün 9 milyon avro təzminat ödəyəcək. "İnter" 26 yaşlı futbolçunun növbəti satışından 20 faiz pay əldə edəcək.

Qeyd edək ki, "Vilyerreal" Teycon Byukeneni bu ilin fevral yında icarəyə götürmüşdü. Kanada millisinin üzvü La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
58
1
sportal.az

2Sources