EN

"Lumotive" indiyə qədər 59 milyon dollar investisiya alıb

ABŞ-da yerləşən "Lumotive" şirkəti əlavə 14 milyon dollar investisiya cəlb edib.

Valyuta.az xəbər verir ki, bu vəsait "Amazon"un "Industrial Innovation Fund" fondu və "ITHCA Group" tərəfindən təmin olunub.

Tənzimlənə bilən optik texnologiyalar üzərində çalışan "Lumotive", bu son investisiya ilə ümumi B seriyalı maliyyələşməsini 59 milyon dollara yüksəldib. Xatırladaq ki, bu ilin fevralında şirkət 45 milyon dollar dəyərində ilk B seriyalı investisiya raundunu cəlb etmişdi. Həmin raund "Bill Qeyts" tərəfindən yaradılmış "Gates Frontier" və "MetaVC" tərəfindən idarə olunmuşdu.

Şirkətin açıqlamasına görə, yeni maliyyə vəsaiti sənaye avtomatlaşdırması, süni intellekt əsaslı məlumat mərkəzləri və müdafiə-aviasiya sahələrində optik yarımkeçirici texnologiyaların inkişafı və kommersiyalaşdırılmasına yönəldiləcək.

"Lumotive" 2017-ci ildə Qleb Akselrod və Uilyam Kolleran tərəfindən təsis edilib. 

"Lumotive", 2025-ci il etibarilə 200-dən çox patentə sahibdir və avtonom nəqliyyat, sənaye robotları, ağıllı infrastruktur sahələrində fəaliyyət göstərir.

Mayya Hüseynova 

Chosen
88
valyuta.az

1Sources