Ajans.az xəbər verir ki, bu barədə Yəmənin “Əl-Məşhəd” nəşri məlumat yayıb. Məlumata görə, iyulun 24-də axşam saatlarında aviabazanın silah anbarlarından birində partlayışlar baş verib. Bildirilir ki, hərbi obyektin üzərindən tüstü qalxıb, bazaya yaxın ərazilərdə və qonşu Ədən əyalətinin kənarında partlayış səsləri eşidilib.

Əl-Anad aviabazası ölkənin ən böyük bazalarından biridir.