Bakı, 24 iyul, AZƏRTAC
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sabah” II təsnifat mərhələsində ilk oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, komanda Moldovanın “Petrokub” kollektivinin qonağı olub.
Kişineudakı “Zimbru” stadionunda keçirilən görüş Bakı təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 82-ci dəqiqədə Pavol Safranko, 90-cı dəqiqədə Kahim Parris vurub.
Komandalar arasında cavab oyunu iyulun 31-də Masazırda keçiriləcək.