EN

"Atletiko" Slovakiya millisinin üzvünü transfer etdi

İspaniyanın “Atletiko” klubu slovakiyalı müdafiəçi David Hançkonu transfer edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

“Feyenoord” klubundan transfer olunan Hançko Madrid təmsilçisinin tarixində heyətə cəlb etdiyi ilk slovakiya əsilli futbolçu olub. Müdafiəçi tezliklə “Atletiko”nun Madrid bazasında keçiriləcək təlim-məşq toplanışına qoşulacaq.

Qeyd edək ki, daha öncə Hançkonun Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubuna keçidi gözlənilsə də, bu transfer baş tutmayıb. “Əl-Nasr” və “Feyenoord” oyunçunun transferi üçün 35 milyon avro və əlavə 5 milyon avro bonus qarşılığında razılığa gəlsələr də, ərəb klubu son anda sövdələşmədən imtina edib.

David Hançko ötən mövsüm “Feyenoord”un heyətində 47 oyuna çıxaraq 4 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.

Chosen
101
90deqiqe.az

1Sources