EN

Arif Babayev Bakıya gətirildi

Xalq artisti Arif Babayev təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıdakı Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.

 

Sfera.az xəbər verir ki, bu barədə APA-ya Arif Babayevin oğlu Yaşar Babayev məlumat verib.

 

O qeyd edib ki, atası Klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Xalq artistinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Qeyd edək ki, iyulun 23-də saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Sənətçi dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin edilib. 

Chosen
68
15
sfera.az

10Sources