Xalq artisti Arif Babayev təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya – Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.
Bu barədə APA-ya Arif Babayevin oğlu Yaşar Babayev məlumat verib.
O qeyd edib ki, atası Klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.
Xalq artistinin vəziyyəti ağırdır.