EN

Füzulidə idman zalı

Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Füzulidə yeni idman mərkəzi istifadəyə verilib. Rayonun 4-cü Qayıdış qəsəbəsində yerləşən 4 saylı məktəbin idman zalı federasiyanın dəstəyilə güləş xalçası, müxtəlif məşq və texniki avadanlıqlarla, digər zəruri idman ləvazimatları ilə təmin edilib.

Dünən AGF tərəfindən güləş zalıyla tanışlıq həyata keçirilib. İkiqat Olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionu, AGF-nin sərbəst güləş üzrə koordinatoru Hacı Əliyev güləş mərkəzinə baş çəkib, yeniyetmə güləşçilərlə görüşüb və onlara tövsiyələrini çatdırıb.

M.HACIXANLIXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
67
3
xalqqazeti.az

10Sources