EN

"Araz-Naxçıvan"ın potensial rəqibləri qarşılaşdı

style='margin-bottom:10px;'>

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir.

QOl.az xəbər verir ki, Azərbaycan təmsilçisi  “Araz-Naxçıvan”ın 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri olan "Omoniya" (Kipr) və "Torpedo Kutaisi" (Gürcüstan) komandaları da üz-üzə gəlib.

Kiprdə keçirilən oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 20-ci dəqiqədə Stevan Yovetiç vurub.

Qeyd edək ki, “Araz-Naxçıvan” KL-in 2-ci təsnifat mərhələsinin ilk oyununda Bakıda Yunanıstan "Aris"ini 2:1 hesabı ilə məğlub edib. 3-cü mərhələnin oyunları isə 7 və 14 avqustda keçiriləcək. 

Chosen
135
4
teleqraf.com

10Sources