Berlin, 25 iyul, AZƏRTAC
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Oberhauzen şəhərində ölümlə nəticələnən ağır qəza baş verib.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, axşam saatlarında yük avtomobilinin yaşayış binasına çırpılması nəticəsində azı iki nəfər həlak olub, bir neçə nəfər xəsarət alıb. Ölənlərdən birinin yük avtomobilinin sürücüsü, digərinin isə yolda hərəkət edən qadın piyad olduğu bildirilir.
Hadisəyə sürücünün idaretməni itirməsi səbəb olub.
Qəza yerinə xeyli sayda xilasedicilər, təcili tibbi yardım helikopteri cəlb olunub, araşdırma aparılır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin