"Nyukasl" "Leypsiq"in hücumçusu Benjamin Sesko ilə maraqlanır.
Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano "X" sosial şəbəkəsində yazıb.
Mənbənin məlumatına görə, İngiltərə klubu 22 yaşlı sloveniyalıya Aleksandr İsaakın gedəcəyi təqdirdə ideal hücumçu kimi baxır.
Sesko 2023-cü ilin yayından "Leypsiq"də çıxış edir.
"Transfermarkt" portalı hücumçunun bazar dəyərini 70 milyon avro olaraq qiymətləndirir.
2024/25 mövsümündə Sesko 45 matçda iştirak edib, 21 qol vurub və 6 məhsuldar ötürmə edib.