EN

ABŞ Dövlət Departamenti Fransanın Fələstini tanımaq niyyətini “məsuliyyətsiz” qərarını adlandırıb

ABŞ Dövlət katibi Marko Rubio Fransa rəhbərliyinin BMT Baş Assambleyasının sentyabr iclasında Fələstin Dövlətini tanımaq planını kəskin şəkildə tənqid edib...

Poliqon xəbər verir ki, Rubio bu qərarı “məsuliyyətsiz” adlandıraraq Fransanın mövqeyini rədd etdiklərini bildirib.

Rubio sosial şəbəkə X-də paylaşdığı bəyanatında qeyd edib ki, bu qərar yalnız “HƏMAS”ın təbliğatına xidmət edir və Yaxın Şərqdə sülh prosesini geri atır.

“Bu addım 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə hücumu zamanı həlak olan və yaralanan insanlara qarşı bir təhqirdir”, — deyə o əlavə edib.

Qeyd edək ki, iyulun 24-də Fransa prezidenti Emmanuel Makron hökumətin BMT Baş Assambleyasının qarşıdan gələn sentyabr sessiyasında Fələstin Dövlətini rəsmi şəkildə tanımaq niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, hazırda Qəzza zolağında döyüşlərin dayandırılması və mülki əhaliyə yardım göstərilməsi “təcili zərurətə” çevrilib.

Məsələyə münasibət bildirən İsrailin ədliyyə naziri Yariv Levin isə Makronun qərarını “Fransa tarixində qara ləkə” və “terrorizmə birbaşa dəstək” adlandırıb.

Poliqon.info

Chosen
63
poliqon.info

1Sources