EN

Patruşev: Britaniya fürsət düşdükdə ABŞ-nin kürəyinə asanlıqla bıçaq saplayacaq...

Böyük Britaniyanın öz maraqları naminə təxribatlar törədərək və Ukrayna üzrə danışıqları pozaraq, fürsət düşdükdə ABŞ-ı arxadan vuracaq...

Poliqon xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi, RF-in Dəniz Kollegiyasının sədri Nikolay Patruşev bildirib.

“İstisna etmirəm ki, London zərurət yaranarsa, Vaşinqtonun belinə asanlıqla bıçaq sancacaq”, — deyə Patruşev "RİA Novosti" Agentliyinə müsahibəsində qeyd edib.

Patruşev bundan öncə də Böyük Britaniyanın Rusiya ilə ABŞ arasında Ukrayna üzrə başlanan danışıqlar prosesini pozmağa çalışdığını və Vaşinqtonu Kiyevə maliyyə və hərbi dəstəyi davam etdirməyə inandırmaq istədiyini bildirib.

Patruşevin sözlərinə görə, Britaniya Birləşmiş Ştatlara “Kiyev rejiminə” yardımın Ukrayna münaqişəsini həll etməyin yeganə yolu olduğunu sübut etməyə çalışır.

Poliqon.info

Chosen
123
poliqon.info

1Sources