Bir zamanlar əlçatmaz görünən yaşa gəlib çatanda əvvəlcə irəli boylanırıq. Qarşıda nələr var? Bilmirik. Bildiyimiz odur ki, adına "gələcək" deyərək üz tutduğumuz sonu görünməyən yol arxada qoyduğumuz illəri geri qaytarmayacaq.
Bu gün 60 yaşına çatmış həmkarımız, iş yoldaşımız - qəzetimizin Humanitar siyasət şöbəsinin müxbiri Elşən Qəniyev ömrünün ilk çağlarını fərəhlə xatırlayır. Ucarın Qazyan kəndində ziyalı ailəsində dünyaya gələn həmkarımızın valideynləri zəhmətkeş olublar. Övladlarına da əməyi sevdiriblər, eyni zamanda onların yaxşı təhsil almalarına çalışıblar.
ElÅŸÉ™n yeddinci sinifdÉ™ oxuyanda jurnalist olmaq xÉ™yalına düşüb vÉ™ bu xÉ™yalla da 1983-cü ildÉ™ AzÉ™rbaycan DövlÉ™t Universitetinin (indiki Bakı DövlÉ™t Universiteti) Jurnalistika fakültÉ™sinÉ™ daxil olub. Rusiyanın Çita vilayÉ™tindÉ™ Sovet ordusu sıralarında É™sgÉ™rlik çəkib. TÉ™rxis olunduqdan sonra hÉ™m tÉ™hsilini, hÉ™m dÉ™ É™mÉ™k fÉ™aliyyÉ™tini davam etdirib. Diplomlu jurnalist olandan sonra Ucar rayonunda çıxan "Yeni söz" qÉ™zetindÉ™ vÉ™ yerli radioda çalışıb, bir müddÉ™t AHİK-in orqanı olan "ÜlfÉ™t" qÉ™zetindÉ™ iÅŸlÉ™yib. VÉ™ harada iÅŸlÉ™yibsÉ™, qÉ™lÉ™mi, çalışqanlığı, mÉ™suliyyÉ™ti ilÉ™ hörmÉ™t qazanıb. Bu sÉ™bÉ™bdÉ™ndir ki, ona hÉ™m dÉ™ "Xalqa hÉ™sr olunmuÅŸ ömür" (2016), "SÉ™ngÉ™rdÉ™ açılan sÉ™hÉ™r" (2017), "Ruhum sözümdür" (2017), "QÉ™hrÉ™man TÉ™rtÉ™r" (2018), "ZirvÉ™yÉ™ doÄŸru" (2018), "Sumqayıt - xÉ™yalların gerçəkləşdiyi ÅŸÉ™hÉ™r" (2018), "ZirvÉ™dÉ™n zirvÉ™yÉ™" (2018), "QÉ™lÉ™bÉ™yÉ™ gedÉ™n yol - Müsüslü döyüşlÉ™ri" (2018), "VÉ™tÉ™n üçün yaÅŸanmış ömür" (2019) kimi sÉ™nÉ™dli filmlÉ™rÉ™ müəlliflik etmÉ™k qismÉ™t olub. E.QÉ™niyev hÉ™mçinin ucarlı ÅŸÉ™hidlÉ™rdÉ™n bÉ™hs edÉ™n "Tanrı dÉ™rgahına gedÉ™n yol" adlı kitab yazıb.Â
2022-ci ildən "Azərbaycan"ın oxucuları qəzetin səhifələrində Elşən Qəniyev imzası ilə müxtəlif məzmunlu, cəmiyyətimiz üçün vacib olan yazılar oxuyurlar. Amma o hesab edir ki, jurnalistin vəzifəsi yalnız çalışdığı mətbu orqan üçün yazılar yazmaq, oxucunu məlumatlandırmaq deyil, eyni zamanda düşündürmək, gündəmdə olan mühüm məsələləri daim nəzərdə saxlamaq, cəmiyyətin diqqətini həmin problemlərə yönəltməkdir. Yəqin buna görədir ki, artıq 4 ildən çoxdur Elşən Qəniyevin səsi həm də tez-tez işğaldan azad olunmuş ərazilərdən gəlir. O, Qarabağda və Şərqi Zəngəzurda Böyük qayıdış çərçivəsində dövlətimiz tərəfindən həyata keçirilən möhtəşəm işlərdən, eləcə də yenidən qurulan yurdlarına dönən keçmiş məcburi köçkünlərin sevincindən yazır, özü də təkcə yazmır, həm də soydaşlarımızla birlikdə o sevinci, o qüruru yaşayır.
Elşən Qəniyevin bəxti ailə sarıdan da gətirib. Oğlu hüquqşünas, qızı psixoloqdur. Övladlarının, xüsusən üç nəvəsinin şirin söhbətləri dilindən düşmür.
 "Azərbaycan" qəzetində işə başladığı ilk günlərdən səmimiyyəti, mehribanlığı ilə kollektivin hörmətini qazanmış Elşən Qəniyevi 60 yaşı münasibətilə ürəkdən təbrik edir, həyatında və yaradıcılığında uğurlarının daimi olmasını arzulayırıq!
 "Azərbaycan"