EN

Patrik Andrade: Səfərdə daha bir yaxşı matç gözləyirik

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Yaxşı oyun oldu, 2 qol vurduq. Nəticədən razıyıq. Təkrar oyuna hazırlaşmaq üçün vaxtımız var”.

İdman.biz Teleqraf-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Patrik Andrade deyib.

Sabiq “Qarabağ”lı “Aris”i mübarizədən kənarlaşdırmağın asan olmayacağını vurğulayıb: “Çalışacağıq ən azı Bakıdakı kimi oynayaq. Səfərdə daha bir yaxşı matç gözləyirik”.

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Araz-Naxşıvan” Bakıda “Aris”i (Yunanıstan) 2:1 hesabı ilə məğlub edib. Azərbaycan təmsilçisinin qələbə topunu P.Andrade vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
71
2
icma.az

3Sources