EN

“Görəsən, həyatda qala biləcəyəm?...” - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko Estoniya tərəfindən onun ölkəyə girişini qadağan edən sanksiyalara ironik reaksiya verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Natalya Eysmont məlumat verib.

“Prezidentin bugünkü “səs-küylü” xəbərə münasibətindən danışa bilərəm. Prezident sözbəsöz bunu dedi: “Heç vaxt, “təəssüf ki”, Estoniyada olmamışam... Və sanksiyaların tətbiqindən sonra fikirləşirəm - görəsən, həyatda qala biləcəyəm?” - deyə Eysmont bildirib.

Qeyd edək ki, Estoniya hökuməti Belarusun 273 vətəndaşının, o cümlədən Prezident Aleksandr Lukaşenkonun ölkəyə girişinə həmişəlik qadağa qoyulması barədə qərar qəbul edib.

Chosen
72
6
qafqazinfo.az

10Sources