EN

Metaldan konstruksiyaların istehsalı artıb

Bu ilin yanvar-iyun aylarında ölkədə 11 min tondan çox metaldan konstruksiyalar istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 8,5 faiz və ya 861,7 ton çoxdur.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Cari ilin may ayı ilə müqayisədə isə iyunda istehsal həcmində 16,6 faiz və ya 298 ton artım müşahidə olunub. İyun ayında 2 min tondan çox metaldan konstruksiyalar istehsal edilib.

İyul ayının 1-nə hazır məhsul ehtiyatı 11,3 min ton təşkil edib.

Chosen
38
1
operativmedia.az

2Sources