"Leyptsiq" hücumçusu Benyamin Şeşkonun qiymətini aşağı salıb.
Offsideplus.az xəbər verir ki, Bundesliqa klubu daha öncə sloveniyalı futbolçu üçün 100 milyon avro tələb edir. Hazırda isə bu məbləğ 70 milyona enib.
Bu barədə "BILD" nəşri məlumat yayıb.
Şeşko 2023-cü ildən "Leyptsiq"də çıxış edir. O, son mövsümdə 45 oyunda 21 qol vurmağı bacarıb.
Sloveniyalı hücumçu ilə Premyer Liqa və Səudiyyə Ərəbistan klubları yaxından maraqlanır.