
Məşhur Vəzirovlar nəslinin parlaq simalarından biri olan Haşım bəy Vəzirov 1867-ci ildə Şuşada dünyaya göz açıb. O, əvvəlcə dini təhsil alıb, sonra Şuşa şəhər məktəbində oxuyub və İrəvan Müəllimlər Seminariyasını bitirib. Maarifin, mədəniyyətin və milli özünüdərkin öncüllərindən olan Haşım bəy, Bərdə, Şəki və Şuşada müəllim və məktəb müdiri kimi çalışıb. Daha sonra Şuşada müsəlman-rus məktəbinin müdiri vəzifəsinə təyin edilib. Eyni zamanda bələdiyyədə fəaliyyət göstərib, cəmiyyətin inkişafı üçün yorulmadan çalışan ictimai xadimlərdən biri olub. Jurnalistika sahəsində də silinməz izlər qoyan Haşım bəy “Təxə Həyat”, “İttifaq”, “Səda”, “Sədayi-Vətən”, “Sədayi-Qafqaz”, “Sədayi-Həqq”, “Кавказец” qəzetlərini və “Məzəli” jurnalını nəşr etdirərək milli düşüncənin formalaşmasında əvəzsiz rol oynayıb. 1905–1906-cı illərdə erməni təcavüzünə qarşı mübarizəsinə görə o, sürgünə göndərilib – Stavropolda bir il məhkum həyatı yaşayıb, daha sonra azad olunaraq yenidən Şuşaya, oradan da Bakıya köçüb. Ömrünün son illərində Bakıda yaşayaraq “İrşad” qəzetilə əməkdaşlıq edib, bir müddət qəzetin müvəqqəti redaktoru olub. 1911-ci ildə digər ziyalılarla birlikdə həbs olunsa da, sonradan azadlığa buraxılıb. Haşım bəy həm də sənətsevər bir ziyalı idi – Şekspirin “Otello” əsərini tərcümə edib və Şuşada səhnəyə qoyulan tamaşada Otellonu özü canlandırıb.Haşım bəy Vəzirov 105 il əvvəl, 1916-cı il fevralın 4-də bu dünyaya vida edib. Onun adı, irsi və fədakarlığı bu gün də milli yaddaşımızda yaşamaqdadır.Ulusum.az
Diqqət Çəkənlər
Doğum günü faciəyə çevrildi:18 yaşlı gənc dənizdə həyatını itirdi - VİDEO
Azərbaycanın ilk qadın gəmi kapitanı barəsində bədii film gəlir
Onlayn tanışlıq şantaja çevrildi: Qadının çılpaq fotoları ilə hədələyən şəxs cəzalandırıldı