EN

"Şəfa"nın farm-klubu 2-ci Liqaya gəlir

Növbəti mövsüm 2-ci Liqada mübarizə aparacaq komandaların sayı hələ də tam dəqiqləşməyib. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən liqada yeni komandanın olacağı gözlənilir.

Söhbət 2021-ci ildən fəaliyyət göstərən “AtiDel”dən gedir. 4 ildir fəaliyyət göstərən komandanın maddi durumu da qənaətbəxşdir. Komandanı ötən ildən ölkənin tanınmış şirkətlərindən biri “Global Drilling Solutions”  MMC öz himayəsinə götürüb. “AtiDel” klubunun təsisçisi Sərdar Salmanzadə eyni zamanda "Şəfa"nın prezidenti, eləcə də həvəskar futbolçudur. O, həvəskarlar liqasında mübarizə aparan "Nizami gəncləri" komandasında oynayır. Başqa sözlə, "AtiDel"i "Şəfa"nın farm-klubu da adlandırmaq olar.

Qeyd edək ki, ötən mövsüm 2-ci Liqada 14 komanda yarışıb. Mövsümün sonunda “Şahdağ Qusar”, “Şəfa” və “Şimal” 1-ci Liqaya yüksəlib. “Lerik” və “Füzuli” II Liqanı tərk edib.

Mirağa

Chosen
71
1
fanat.az

2Sources