EN

Sərhəddə döyüşlər səngimir: yenidən atəş açıldı

Tailand və Kamboca sərhədində döyüşlər davam edir.

News24.az globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

“Kamboca qoşunları Tailandı yenidən atəşə tutub. Onlar mülki hədəflərdə Qradlardan istifadə edir”, – deyə bildirilib.

Qeyd olunur ki, Tailand qoşunları əməliyyat şəraitinə uyğun olaraq adekvat cavab verir.

Xatırladaq ki, iyulun 24-nə keçən gecə Tailand və Kamboca sərhədində mübahisəli ərazidə quru qoşunları arasında atışmalar başlayıb. Tailand hakimiyyəti Kambocanı münaqişəni qızışdırmaqda ittiham edib, daha sonra isə ölkənin Hərbi Hava Qüvvələri qonşu dövlətin ərazisindəki hədəflərə zərbələr endirib.

Tailand və Kamboca arasında sərhəd mübahisəsi 1904-cü ildə Siam Krallığı (o vaxt Tailandın adı idi) ilə Üçüncü Fransa Respublikası arasında imzalanmış müqavilədən qaynaqlanır. Sənəd Siamın o vaxtlar Fransanın hakimiyyəti altında olan qonşu ərazilərlə sərhədlərini müəyyən edirdi. Lakin 1953-cü ildə Kamboca Fransadan müstəqillik qazandıqdan sonra sərhəd xətti mübahisəli oldu.


Chosen
17
news24.az

1Sources