EN

Xalq artisti Arif Babayevin vəziyyəti açıqlandı

Xalq artisti Arif Babayevin vəziyyəti ağır olaraq qalır.

Herbiand.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın İnformasiya Mərkəzindən bildirilib.

Qeyd edilib ki, axşam saatlarında Mərkəzi Klinikaya gətirilən Xalq artistinin vəziyyəti ciddi ağır olaraq qiymətləndirilir.

"Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir", - məlumatda deyilir.

Xatırladaq ki, 23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Dünən isə Xalq artisti Arif Babayev təcili tibbi yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıda yerləşən Mərkəzi Klinik Xəstəxanasına gətirilib.

Chosen
71
49
herbiand.az

10Sources