EN

Alonso rəhbərlikdən xahiş etdi: Bu iki futbolçunu satmayın

Dani Seballos və Eduardo Kamavinqa “Real”da qalacaq.

Publika.az xəbər verir ki, “Cadena SER”in məlumatına görə, Xabi Alonso klub rəhbərliyindən heç bir yarımmüdafiəçini satmamağı xahiş edib.

Qeyd olunur ki, “Real Madrid” Seballosun satılmasını yersiz hesab edir, çünki transfer bazarında səviyyə və qiymət baxımından müqayisə oluna bilən oyunçu yoxdur. “Betis” ispaniyalı yarımmüdafiəçi ilə maraqlansa da, Alonso artıq futbolçuya ona arxalandığını bildirib.

Həmçinin bildirilir ki, Kamavinqanın Premyer Liqadan təklifləri olub, lakin fransız onları rədd edib.

Chosen
61
publika.az

1Sources