Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada avarçəkmə yarışlarına start verilib.
İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, yarışlar Duysburq şəhərində keçirilir.
Murad Sadıxov – Lev Dobryantsev dueti akademik avarçəkmə üzrə təsnifat mərhələsində dördüncü nəticə göstərib.
Birnəfərlik qayıqda çıxış edən Nurlan Paşayev isə təsnifat mərhələsində beşinci yerdə qərarlaşıb.
Zəki Feyzullayev
İdman.biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.