EN

Reanimasiyada olan Arif Babayevin son vəziyyəti

Ötən gün Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya gətirilən Xalq artisti Arif Babayevin vəziyyəti ağır olaraq qalır.  

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan bildirilib. 

"Xəstə Arif Babayev dünən axşam saatlarında Mərkəzi Klinikaya müraciət edib. Vəziyyəti ciddi ağır olaraq qiymətləndirilir. Hazırda reanmasiya şöbəsində müalicəsi davam edir".

Xatırladaq ki, ötən gün gecə saatlarında Xalq artisti təcili tibbi yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıda yerləşən Mərkəzi Klinik Xəstəxanasına gətirilib. Bu barədə Arif Babayevin oğlu Yaşar Babayev bildirib. Onun sözlərinə görə, atası klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.

Y. Babayev atasının vəziyyətinin ağır olduğunu və hansısa dəyişiklik olmadığını bildirib.

Chosen
62
1
far.az

2Sources