EN

Bu ərazidə binanın altına vurulan beton yolu SIRADAN ÇIXARDI

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən "Qobu Park-2" yaşayış kompleksində binaların altına dolan qrunt sularının qarşısını almaq üçün istifadə edilən beton növbəti dəfə avtomobil yolunu sıradan çıxarıb.

XəzərNews.az bildirir ki, Oxu.Az-a danışan sakinlərin sözlərinə görə, bir müddət əvvəl qrunt sularının təsirindən əyilən binaların stabilliyini bərpa etmək üçün onların altına xüsusi beton vurulub.

Beton çatları doldurmaq və konstruksiyaları sabitləşdirmək üçün istifadə edilsə də, zamanla normadan artıq şişərək yaşayış kompleksinin yaxınlığındakı avtomobil yolunun səthini deformasiyaya uğradıb. Nəticədə isə yol sıradan çıxıb. Yolların isə sıradan çıxması sakinlərə çətinlik yaradıb və onların avtomobillərinə ciddi maddi ziyan vurub.

Məsələ ilə bağlı aidiyyəti qurumlara informasiya sorğusu ünvanlanıb.

Görüntüləri təqdim edirik:



Xəbər 3 dəfə oxunub.
Chosen
62
2
xezernews.az

5Sources