Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi Ictimai Birliyi regionda ictimai dinləmələr həyata keçirir.
"Cebheinfo.az" xəbər verir ki, Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi Ictimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 2025-ci il iyunun 23-də Siyəzən rayonunda “Mənim təhlükəsiz virtual məkanım” layihəsi çərçivəsində ictimai dinləmə tədbiri həyata keçirdi.
Tədbirdə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi İbrahim Əhmədov, Siyəzən rayon İcra Hakimiyyətinin başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvüləri və rayon Hüquq mühafizə orqanlarının ( polis, prokurorluq, məhkəmə) təhsil, sahiyyə, sosial xidmətlər, mədəniyyət, bələdiyyə və ictimaiyyətin digər nümayəndləri iştirak etmişdir.
Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyinin sədri məlumat verərək bildirmişdir ki, layihədə qaldırılan problemlər ümumilikdə bütün cəmiyyəti narahat edən və getdikcə nəzarətdən çıxan bir sıra münasibətləri əhatə edir. Əsasən insan alveri cinayəti, uşaq əməyinin istismarı, erkən nigahlar və qeyri ənənvi cinsi münasibətlərin sosial şəbəklərədə təşviqi ciddi narahatçılığa səbəb olduğu xüsusi vurğulanmışdır.
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi İbrahim Əhmədov mövzu ətrafında çıxış edərək iştirakçılara problem, onunla mübarizə üsulları və bu sahədə dövlətin gördüyü işlər barəsində geniş məlumat vermişdir. Mövzu ətrafında müzakirələr aparılmış, tövsiyə və təkliflər irəli sürülmüşdür. Tədbir iştirakçıların interaktiv fəallığı ilə baş tutumuşdur. Tədbirdə 25 nəfər iştirak etmişdir.
Təkliflər