EN

Hacıqabulda avtoxuliqanlıq edən sürücü məsuliyyətə cəlb olunub

Hacıqabul, 25 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə gecə saatlarında idarə etdiyi “VAZ” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan Vasif Məmmədov saxlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə V. Məmmədovun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılıb.

 

Chosen
72
15
azertag.az

10Sources