EN

“Əsirlikdə ermənilər ayağımın baş barmağını kəlbətinlə sıxırdılar”


İyulun 25-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Vəliəhəd Vəliyev bildirib ki, 2020-ci ildə baş vermiş 44 günlük müharibə zamanı oktyabrın 22-də Zəngilanda güllə və qəlpə yaraları alaraq Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülüb.
Yeniavaz.com
xəbər verir ki, o, həmin vaxt hərbçi yoldaşlarının şəhid olduğunu söyləyib.
Zərərçəkmiş şəxs deyib ki, əsirlikdə olduğu müddətdə sağaldıqdan sonra işgəncələrə məruz qalıb, o cümlədən sağ ayağının baş barmağı kəlbətinlə sıxılıb, sifət nahiyəsində yumruq-təpik, ayaq və qollarına dəyənəklə zərbələr endirilib.
O, dekabrın 14-də Azərbaycana təhvil verilib.
Chosen
72
2
yeniavaz.com

5Sources