Türk pop musiqisinin sevilən adı Mustafa Sandal uzun müddətdir davam edən trixotillomaniya xəstəliyindən danışıb.
Sandal indiyə qədər geniş şəkildə bilinməyən bir sağlamlıq problemini ortaya qoyaraq səmimi açıqlamalar verib.
Tanınmış sənətçi uzun illərdir ki, trixotillomaniya adlı saç yolma xəstəliyi ilə mübarizə apardığını belə izah edib: “Məndə trixotillomaniya (saç yolma pozğunluğu) var. Amma indi çox azalıb. Fikirləşərkən barmağımı başımın üstündə gəzdirib “lak” deyərək oradakı saçları yolurdum. Nəysə sağaldıq, düzəldim”.