Lənkəranda meşə zolağında yanğın baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, yanğın günorta saatlarında rayonun Osaküçə kəndində meşə təsərrüfatına məxsus meşə zolağında qeydə alınıb.
Dərhal əraziyə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub.
Yanğın təqribən 1 hektar ərazini əhatə edib. Görülən tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Yanğın tam söndürülüb.
Yanğının baş vermə səbəbləri araşdırılır.