EN

Lənkəranda meşə zolağında yanğın olub

Lənkəranda meşə zolağında yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, yanğın günorta saatlarında rayonun Osaküçə kəndində meşə təsərrüfatına məxsus ərazidə qeydə alınıb.

    Dərhal əraziyə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Yanğın tam söndürülüb.

    Yanğının baş vermə səbəbləri araşdırılır.

    Chosen
    8
    10
    bakivaxti.az

    10Sources