EN

İmişli futbolçularına ötən mövsümdən borclu qalıb Narazılıq

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Növbəti mövsüm Azərbaycan Premyer Liqasında çıxış edəcək "İmişli"də narazılıq var.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə klubu futbolçulara ötən mövsümdən borclu qalıb. 

2024/25 mövsümündə Birinci Liqanı 2-ci yerdə başa vuran Aran təmsilçisinin üzvləri maaşlarının verilməməsindən şikayətçidir. Söhbət may ayının maaşından gedir. Halbuki, Birinci Liqada mövsüm iki aydır başa çatıb. Amma əcnəbi mütəxəssisə və futbolçulara ətək-ətək pul verərək gətirən rəhbərlik may ayının əmək haqqılarını ödəmək barədə düşünmür.

Futbolçuların maaşlarının ödənilməməsi ilə bağlı xəbəri klubdan dəqiqləşdirməyə çalışsaq da, zəngimizə cavab verən olmadı.

Mirağa

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
52
2
fanat.az

3Sources