EN

Kamboca və Tailand sərhədində şiddətli döyüşlər

Kamboca və Tailand sərhədindəki münaqişə zonasında şiddətli döyüşlər başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Tailand qoşunlarının ərazilərə nəzarəti ələ keçirmək cəhdi ilə intensiv hücuma keçib.

Eyni zamanda, Preah Vihear əyalətində sərhədin digər hissələrinə də güclü atəşə tutulması, münaqişə zonasında artilleriya atəşinin baş verdiyi barədə məlumatlar da dərc olunub.

Qeyd edək ki, iyulun 24-də iki ölkə arasında Mumbayın sərhədyanı ərazilərində, eləcə də Takrabey, Tamoantux və Tamoanthom məbədləri ətrafında yeni silahlı toqquşmalar baş verdi

Chosen
32
operativmm.az

1Sources