EN

Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda tədbirlər görülür - MN

Bakı. Trend:

Son vaxtlar davam edən anomal istilər ilə əlaqədar AzərbaycanOrdusunun hərbi qulluqçuları arasında istivurma və günvurmahallarının qarşısının alınması məqsədilə birlik, birləşmə və hərbihissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində birsıra tədbirlər həyata keçirilib.

Trend xəbər verir ki, bubarədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hərbi qulluqçuların istivurma və günvurmadanqorunması, profilaktıkası, tibbi yardımın göstərilməsi, sanitariyamaarifi işlərinin aparılması sistematik təşkil olunub və nəzarətgücləndirilib.

"Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri günəşşüalarının birbaşa düşdüyü ərazidə deyil, əsasən kölgəlikdəkeçirilir, hərbi qulluqçular kazarma şəraitində yerləşdirilir vəaçıq səma altında görülən xidməti işlərə cəlb olunmur.

Əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, digərxidməti və inzibati otaqlarda kondisionerlər quraşdırılıb. Bütünotaqlarda ikitərəfli hava axınının olması nəzarət altındasaxlanılır.
Bununla yanaşı, hərbi hissələrdə sərin su duşları, əlavə sutəchizatı məntəqələri yaradılıb, şəxsi heyət içməli su və fərdi suqabları ilə təmin edilib", - məlumatda qeyd olunub.

Məqalədə:
Chosen
13
49
az.trend.az

10Sources