EN

Mədəniyyət naziri: Arif Babayevin səhhətini dövlət qurumları nəzarətə götürüb

BAKI, 25 iyul. TELEQRAF

"Xalq artisti Arif Babayevin səhhəti dövlət qurumları tərəfindən nəzarətə götürülüb".

Teleqraf xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli jurnalistlərlə açıqlamasında deyib.

O bildirib ki, A.Babayevin sağalması üçün bütün həkimlər səfərbər edilib:

"Nazirlik olaraq ilk gündən ailənin yanındayıq. Sənətkarımızın intensiv müalicəsi davam etdirilir. Nazirliyin müvafiq əməkdaşları onun səhhəti ilə maraqlanır, nəzarətdə saxlayır. Əlavə nə lazım olarsa, nazirlik olaraq onu təmin edəcəyik".

Chosen
99
4
teleqraf.com

6Sources